Layihə haqqında

"Elektron İpoteka sistemi" (EİS) Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının icrasından irəli gələn tapşırıqların icrası məqsədilə yaradılmışdır.

EİS əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsini, ümumilikdə bu sahədə əməliyyatların avtomatlaşdırılmasını nəzərdə tutur. Sistem bu sahədə müvafiq beynəlxalq təcrübəni nəzərə  almaqla hazırlanmışdır.

EİS-in tətbiqi vətəndaşların müraciətlərinə baxılmasında növbəliyin təmin edilməsinə, biznes proseslərin şəffaflığının artırılmasına, kreditlərin rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, müvəkkil banklar və Fond tərəfindən maliyyə risklərinin idarə olunmasına, ümumilikdə isə ipoteka kreditləşməsinin sadələşdirilməsinə xidmət edir.


DAXİL Ol