Sual-cavab
1
"Elektron ipoteka" sistemi nədir?

"Elektron ipoteka" Sistemi - "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına ipoteka krediti almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının internet vasitəsilə elektron müraciətlərinin qeydiyyatını həyata keçirən, ipoteka kreditləşməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadə etməsinə, aidiyyəti qurumların informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə informasiya əldə olunmasına xidmət edən elektron sistemdir.

 
2
Elektron kabinet nədir, necə və hansı hallarda istifadə etmək olar?

Elektron kabinet – elektron sistemin istifadəçisi tərəfindən müvafiq autentifikasiyadan keçməklə yaradılan, yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə daxil olmağa imkan verən, istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını və onları əldə etməsini, ödənişləri həyata keçirməsini, həmçinin onun sistemin iştirakçıları ilə qarşılıqlı əlaqəsini təmin edən xüsusi fərdi elektron səhifədir. Elektron kabinetdə vətəndaş öz profili, kredit borcu, ödənişlər, sığorta müqavilələri və digər məlumatları əldə edə bilər.

 
3
Kreditin alınması üçün necə müraciət etməliyəm?

İpoteka kreditinin alınması üçün bütün müraciətlər yalnız elektron şəkildə qəbul edilir. Bunun üçün tərəfinizdən elektron və ya asan imza sertifikatı əldə edərək www.e-gov.az portalında yerləşən "Elektron ipoteka" sistemi vasitəsilə elektron kabinet yaratmağınız tələb olunur. Daha sonra Siz elektron kabinetinizə daxil olub ipoteka krediti üçün elektron şəkildə müraciət edə bilərsiniz.

 
4
Elektron və asan imzanı necə əldə etmək olar?

Elektron imzanın əldə olunması üçün ətraflı məlumatı www.e-imza.az və ya www.asanimza.az internet səhifəsindən ala bilərsiniz.

 
5
Əvvəllər ipoteka krediti almış şəxslərin elektron kabinetdən istifadəsi mümkündürmü?

Bəli, əgər siz əvvələr "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına ipoteka krediti almısınızsa, onda Siz elektron və ya asan imza sertifikatı əldə etmədən, Elektron hökumət sistemində (www.e-gov.az) vətəndaşa verilən istifadəçi adı və şifrə əldə edərək, mövcud kredit üzrə məlumatların əldə edilməsi ilə bağlı elektron kabinetdən istifadə edə bilərsiniz. Yeni ipoteka krediti üzrə müraciət üçün elektron və ya asan imza sertifikatı əldə edilməsi tələb olunacaqdır.

 
6
Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilən istifadəçi adı və şifrəni necə əldə etmək olar?

İstifadəçi adı və şifrənin əldə edilməsi üçün ətraflı məlumatı https://www.e-gov.az/az/content/read/214 internet səhifəsindən ala bilərsiniz.

 
7
Elektron müraciətlər hansı müddət ərzində cavablandırılır?

Elektron müraciətiniz qeydiyyata alındıqdan sonra müraciətinizin müvəkkil bank tərəfindən qəbuluna və statusuna dair avtomatik rejimdə elektron kabinetinizə, elektron poçt ünvanına və mobil telefon nömrəsinə SMS şəklində bildiriş göndərilir. İpoteka krediti üçün müraciət etmiş şəxs bildirişdə qeyd olunmuş müddət ərzində, aktivləşdirmə kodu və sənədlərlə birlikdə müvəkkil banka yaxınlaşmalıdır.

 
8
Elektron müraciətlər nə vaxt ləğv edilir?

Vətəndaş ona ünvanlanmış elektron bildirişdə qeyd olunmuş müddət ərzində aktivləşdirmə kodunu və müvafiq sənədləri müvəkkil banka təqdim etmədiyi halda, onun elektron müraciəti avtomatik ləğv edilir və ona bu barədə bildiriş göndərilir. Müraciəti ləğv edilmiş vətəndaş ipoteka krediti üçün yenidən müraciət edə bilər.

 
9
Elektron müraciəti necə ləğv etmək olar?

Aktivləşdirmə kodu və müvafiq sənədlər müvəkkil banka təqdim edilənədək elektron müraciət vətəndaşın özü tərəfindən elektron kabinet vasitəsilə istənilən vaxt ləğv edilə bilər. Elektron müraciət qeydə alındıqdan sonra vətəndaşın müraciəti əsasında müvəkkil bank tərəfindən ləğv edilir.

 
10
Aktivləşdirmə kodu nədir?

Aktivləşmə kodu - vətəndaşın elektron müraciətinin müvəkkil bank tərəfindən emalına hüquq verən məxfi rəqəmlər və hərflər kombinasiyasıdır. Sistem tərəfindən avtomatik rejimdə verilən bu unikal kod müvafiq elektron müraciət qeydiyyata alındıqdan sonra vətəndaşa bildiriş vasitəsilə göndərilir və vətəndaş tərəfindən bildirişdə qeyd olunan sənədlərlə birlikdə müvəkkil banka təqdim edilir.

 
11
İlkin razılıq nədir?

İlkin razılıq - elektron müraciəti qeydə alınmış şəxsin özü və gəlirləri, almaq istədiyi yaşayış sahəsi, ilkin ödəniş məbləği barədə və s. təqdim etdiyi məlumatlar əsasında bank tərəfindən kreditin verilməsinin mümkünlüyünə dair verilən elektron bildirişdir. Verilmiş məlumatlar təqdim edilən sənədlərdə öz əksini tapmadıqda və müəyyən olunmuş müddət ərzində ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair sənədlər təqdim edilmədikdə müvəkkil bank tərəfindən kreditin verilməsinə imtina edilə bilər.

 
12
İlkin razılıq aldıqan sonra hansı müddət ərzində ev tapmaq lazımdır?

Vətəndaş müvəkkil bank tərəfindən ipoteka kredtinin verilməsinə dair ilkin razılıq üzrə elektron bildirişi aldıqdan sonra adi və güzəştli ipoteka kreditləri üzrə 45 gün ərzində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini və ipoteka predmetini müəyyənləşdirməlidir. Bundan sonra müvəkkil qiymətləndirici şirkətə yaşayış sahəsinin qiymətləndirməsi ilə bağlı müraciət edilir. Qiymətləndirici şirkət müraciət daxil olduqdan sonra 3 iş günü ərzində qiymətləndirməni həyata keçirərək qiymətləndirmə aktını sifarişçiyə təqdim etməlidir.

 
13
Bütün sənədlər təqdim edildikdən sonra ipoteka kreditini hansı müddətə əldə etmək olar?

Tələb olunan bütün sənədlər müvəkkil banka təqdim edildikdən sonra bank 5 iş günü ərzində kreditin verilib verilməməsinə dair yekun qərar verir və bu barədə borcalanı məlumatlandırır. Kreditin verilməsinə dair müsbət qərardan sonra 10 iş günü ərzində kreditin rəsmiləşdirilməsi həyata keçirilir. Bu müddət ərzində borcalan banka kreditin rəsmiləşdirilməsi ilə bağlı son sənədləri təqdim etməlidir.

 
14
İpoteka kreditinin alınma prosesi ilə necə tanış olmaq olar?

İpoteka kreditinin alınması prosesi ilə İpoteka kreditlərinin verilməsi şərtləri keçidində (http://www.amf.az/az/view/pages/10/kreditin-verilmesi-shertleri) ətraflı tanış olmaq mümkündür.

 
DAXİL Ol